Kəlbəcər və Daşkəsəndə növbəti minalar zərərsizləşdirilib
Kəlbəcər rayonu ərazisində 79 ədəd piyada əleyhinə, 2 ədəd tank əleyhinə mina, Daşkəsən rayonu ərazisində isə 57 ədəd piyada əleyhinə mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Müdafiə Nazirliyindən bildirib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.