Kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti məlum olub
Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti məlum olub. Onun Xocalı sakini, 1952-ci il təvəllüdlü Şiraslan Məmiş oğlu Nəcəfova aid olduğu müəyyənləşib. Bunu Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib. Meyiti tapılan şəxslərdən artıq 9 nəfərin kimliyi müəyyən olunub.
Fərid Mehdiyev