Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var
Bakı-Qazax yolunun Kürdəmirin Xırdapay kəndindən keçən hissəsində BMW markalı avtomobilin sürücüsü, Yevlax sakini 48 yaşlı Xəlil Xəlilov idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq bir neçə dəfə aşıb. Sürücü və onun sərnişini 44 yaşlı Mingəçevir sakini Əhmədzadə Rəşad Nizami oğlu ağır bədən xəsarətləri alıblar və xəstəxanaya aparılıblar.