Kürdəmirdə minik avtomobili ilə motosiklet toqquşub, xəsarət alan var
Kürdəmirdə "VAZ 2109" markalı avtomobil motosikletlə hərəkətdə olan 30 yaşlı rayon sakini, Həşimov Dəyanət Qabil oğlunu vurub. Qəza zamanı motosikletin sürücüsü müxtəlif dərəcəli xəsarət alaraq Rayon Mərkəzi Xəstəxanasına aparılıb.