Kürdəmirdə kombaynla "Ford" toqquşub, yaralı var
Kürdəmirdə qəzada kombaynla "Ford" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisə zamanı "Ford"un sürücüsü Göyçay rayon sakini, 1966-cı il təvəllüdlü Namiq Mahmud oğlu Həsrətov xəsarət alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Zülfiyyə Telmanqızı