Kürdəmirdə avtomobil aşıb, Pakistan vətəndaşı ölüb
Kürdəmirdə hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı Pakistan vətəndaşı hadisə yerində ölüb, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev