Kürdəmir sakini həmkəndlisini güllələdi
Kürdəmirin Carlı kəndində gecə saatlarında silahlı insident olub. Kənd sakini - 1988-ci il təvəllüdlü Xalid Ələkbər oğlu Abdullayevlə, həmyerlisi, 1986-cı il təvəllüdlü Rüstəm Çingiz oğlu Məmmədov arasında mübahisə yaranıb. X. Abdullayev ov tüfəngi ilə R. Məmmədovu güllələyib. Zərərçəkən ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Fakt araşdırılır.
Zülfiyyə Telmanqızı