Külli miqdarda qızıl-zinət əşyalarını ölkəyə qanunsuz keçirməyə sövq edilən ailə saxlanılıb
İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşları olan bir ailənin üç üzvünün əl yüklərinə baxış keçirilib. Ailə başçısına məxsus iki ədəd çemodan və bir ədəd bel çantasından gömrük orqanlarına bəyan edilməyən, xalis çəkisi 18 kiloqram 97 qram olan qızıl-zinət əşyaları aşkar olunub. İlkin araşdırma zamanı məlum olub ki, maddi təminat qarşılığında bir ailə külli miqdarda qızıl-zinət əşyalarını qanunsuz keçirməyə sövq edilib.
Zülfiyyə Telmanqızı