Kremldən açıqlama: KTMT-nin öhdəlikləri Dağlıq Qarabağa aid deyil
2020-10-07 16:00
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının öhdəlikləri Ermənistandan fərqli olaraq, Dağlıq Qarabağ aid deyil”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. "Bunlar təhlükəsizliyin təmin edilməsi baxımından olan öhdəliklərdir. Yəni, KTMT üzvü olan bir ölkə kənardan hansısa bir təcavüzə, hücuma məruz qalırsa, müqaviləyə üzv dövlətlərin həmin dövləti müdafiə etmək öhdəlikləri var", - deyə Peskov vurğulayıb.
Fərid Mehdiyev