Kredit almaq istəyən 400 tələbənin müraciətindən imtina olunub
2021-06-06 12:05
Yaz sessiyasında 4 919 tələbə təhsil krediti almaq üçün müraciət edib. Təhsil Tələbə Kredit Fondundan verilən məlumata görə, müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib, 400-ündən isə imtina edilib. Ümumilikdə isə 3 243 tələbəyə kredit verilib. Onlardan 1 129-u sosial, 2 114-ü isə standart kredit olub.
Vüsalə camal