"Kral klubu" futbolçunun "Lion"a keçidi üçün təzminat ödəyəcək

2019-06-11 14:13

Futbol üzrə Fransa milli komandasının baş məşqçisi Didye Deşam "Real"ın yeni transferini açıqlayıb. 50 yaşlı mütəxəssis milli komandanın və "Lion"un sol cinah müdafiəçisi Ferlan Mendinin Madrid klubuna keçəcəyini deyib. "Kral klubu" 24 yaşlı futbolçunun keçidi üçün "Lion"a 50 milyon avro təzminat ödəyəcək. Mendi ötən mövsüm 44 oyuna 3 qol vurub.

Ruhəngiz Hacızadə