Korrupsiya cinayəti törədən 25 şəxs cinayət başında yaxalanıb
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanılıb. Korrupsiya cinayəti törədən 25 şəxs bilavasitə cinayət başında yaxalanıb, habelə 4 nəfər axtarışda olan şəxs saxlanılıb. Baş prokuror Kamran Əliyev geniş kollegiya iclasında bildirib ki, xarici ölkələrdən 24 nəfər ekstradisiya edilib. Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.
Fərid Mehdiyev