Koronovirusun ən çox təsir etdiyi qan qrupu məlum olub
2020-06-26 14:04
Mart ayından etibarən Çinin Uhan şəhərində aparılan elmi tədqiqatın nəticəsinə görə COVİD-19-a yoluxanlar arasında II qan qrupu daşıyıcıları çoxluq təşkil edib. Avropada aparılan son araşdırmalar göstərir ki, II qan qrupu COVID-19 xəstəliyinin ağır kliniki gedişatı üçün bir risk faktorudur. I qan qrupu daşıyıcıları isə digərləri ilə müqayisədə ən az riskə malikdirlər.
Nərgiz Camal