Koronavirusun müəyyənləşdirilməsi üçün Azərbaycana test gətirilir
2020-01-29 16:00
Koronavirusların aşkar edilməsi üçün lazım olan testlərin yaxın zamanlarda Azərbaycana gətirilməsi nəzərdə tutulur. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın sözlərinə görə, ÜST testlərin ölkəyə gətirilməsinə kömək edəcək.
Vüsalə Camal