Koronavirusun daha yoluxucu forması aşkar edilib
2020-08-17 18:06
Koronavirusun mutasiya edərək daha yoluxucu olan yeni G614 forması Filipinlərin ən böyük şəhəri Qezon sitidə aşkar edilib. G614 şəhərdə təsadüfən tapılan 9 nümunədə aşkarlanıb. Ölkənin səhiyyə katibinin köməkçisinin sözlərinə görə, bunun miqyası epidemiya qənaətinə gəlmək üçün çox kiçikdir. Bununla belə Böyük Britaniya tədqiqatçıları G614 formasının cəmi 1,22 dəfə daha yoluxucu olduğu qənaətinə gəliblər.
Nərgiz Camal