Koronavirusla mübarizə ən az ilin sonuna qədər davam edəcək-ÜST rəsmisi
2021-03-02 10:06
Ümumdünya Səhiyyə Təşkilatının Təcili yardım proqramının direktoru Maykl Rayan Covid-19-la bağlı açıqlama verib. Peyvənləmənin tədricən virusa təsir etməyə başladığını deyən qurum rəsmisi bildirib ki, pandemiya ilə mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir. ÜST-nin baş tədqiqatçısı Suma Svaminatan da bu yaxınlarda oxşar açıqlama ilə çıxış etmişdi.
Nərgiz camal