Koronavirusa yoluxmanın yarısı paytaxtın payına düşür
2020-06-09 14:00
Azərbaycanda koronavirusa yoluxanların 49,5 faizi Bakının payına düşür. Ölkə üzrə ikinci ən çox yoluxma Gəncə-Qazax zonasındadır - 13,4 faiz. Ölkə üzrə ən az yoluxma halı isə Naxçıvanda qeydə alınıb. Bu ərazidə yoluxma 0,1 faizdir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir. İyunun 8-nə qədər Azərbaycanda 7876 nəfər koronavirusa yoluxub.
Nərgiz Camal