Koronavirusa yoluxmanın ən çox Bakıda qeydə alınıb
2020-05-22 18:08
Operativ Qərərgahın bu gün keçirilən brifinqində ölkədə koronavirusa yoluxmanın ən çox Bakıda qeydə alındığı açıqlanıb. Yoluxanların 47,4 faizi Bakı, 10,8 faizi Aran, 9,8 faizi Lənkəran, 8,1 faizi Abşeron, 1,4 faizi Quba-Xaçmaz, 1,1 faizi Yuxarı Qarabağ, 0,8 faizi Dağlıq Şirvan, 0,7 faizi Şəki-Zaqatala, 0,1 faizi Naxçıvanın payına düşür. Kronavirusa yoluxanların 6,9 faizi xaricdən gələnlərdir.
Vüsalə Camal