Koronavirusa yoluxma halı yenə də artır - 175 nəfər
2020-09-09 18:03
Azərbaycanda koronavirus infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb,154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. Ümumilikdə ölkəmizdə aktiv xəstə sayı 2 058 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 140 test icra olunub.
Nərgiz Camal