Koronavirusa yoluxanların sayı yenə artıb
2020-10-14 15:09
Azərbaycanda koronavirus infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. Hal-hazırda aktiv xəstə sayı 2 564 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 734 test aparılıb.
Vəfa Şairova