Koronavirusa yoluxanların sayı 700-ü ötdü
2020-10-21 18:03
Azərbaycanda koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. Hal-hazırda aktiv xəstə sayı 5 503 nəfərdir. Bu günün test sayı isə 9 072-dir.
Vüsalə Camal