Koronavirusa yoluxan daha 3 Azərbaycan vətəndaşı sağalıb
2020-03-14 16:00
Koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.
Vüsalə Camal