Koronavirusa qarşı dərman nisbi nəticələr verir - İranın Səhiyyə Nazirliyi
2020-03-11 18:03
İranın yeni koronavirusa qarşı sınaq üçün istehsal etdiyi “Actemra” dərmanı bəzi ağır simptomları nisbətən yaxşılaşdırıb. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat katibinin sözlərinə görə, dərman istifadə edildikdən sonra 48 saat ərzində xəstəliyin simptomları nisbətən yüngülləşib. “Gələn günlər ərzində həkimlər tərəfindən bu proses davam etdiriləcək. Nisbi faydalı olması təkrarlandığı halda, İranın dərman siyahısına əlavə olunacaq və təxminən 3 həftə ərzində kütləvi şəkildə istehsal edilərək İran bazarına daxil olacaq”.
Fərid Mehdiyev