Koronavirusa görə xəstəxanalara yerləşdirilənlərin sayı 8-ə çatıb
2020-02-25 16:03
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib. Həkim müşahidəsinə götürülənlər İran vətəndaşlarıdır. Bununla da Azərbaycanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 8-ə çatıb. Onlardan 6-sı 1 saylı Kliniki Tibbi Mərkəzdə, digər ikisi isə xüsusi ayrılmış tibb müəssisəsinə həkim nəzarətindədir.
Vüsalə Camal