Koronavirus xəstələrinin sayı 61 nəfərə yüksəlib
2020-03-23 18:03
Ölkəmizdə daha 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırda ölkədəki xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir.
Nərgiz Camal