Koronavirus sözü Azərbaycan dilinin orfoqrafiya lüğətinə salınıb
2020-02-21 14:00
"Son günlər dünyada tüğyan edən yeni növ virusun - koronavirusun yayılması dilimizdə bu sözün istifadəsini artırıb". Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib ki, koronavirus dilimizə yeni daxil olan söz olduğuna görə yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əlavə olunub. Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" mart ayında çapdan çıxacaq.
Ruhəngiz Hacızadə