Koronavirus pandemiyası səbəbindən futbol üzrə Norveç çempionatı ləğv edilib
2020-09-10 18:09
Koronavirus pandemiyası səbəbindən futbol üzrə Norveç çempionatı ləğv edilib. Qurumun prezidenti bildirib ki, 30 turluq mübarizənin qalan 14 turluq hissəsini payız ayında sıx qrafiklə keçirmək mümkün deyil. Bu səbəbdən, 2020-ci ilin sonuna kimi liqa oyunları olmayacaq və çempion elan edilməyəcək. Əvəzində qadınların çempionatının davam etdirilməsi qərara alınıb.
Vəfa Şairova