2020-04-09 10:08
Və son olaraq koronavirus infeksiyasının yayıldığı bu dövrdə maksimum diqqətli olmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməliyik. Unutmayaq ki, sağlamlığımız ən vacib dəyərlərdən biridir, onu qorumaqsa məhz öz əlimizdədir. Bu gün tibb işçiləri, polis əməkdaşları, bir sıra peşə sahibləri, eləcə də biz televiziya və radio işçiləri gücləndirilmiş iş rejimində çalışırıq. Biz burdayıq ki,sizə ən son və düzgün məlumatları çatdıraq. Sizdən istəyimiz isə sadəcə evdə qalmağınızdır. Həyat evdədir. Koronavirusa qarşı mübarizəyə dəstək kampaniyamıza siz də qoşulun, videolarınızı instaqramda həyat evdədir heşteqi ilə paylaşın və ya Kəpəz TV-nin İnstagram səhifəsinin mesaj bölməsinə göndərin, efirimizdə yayımlayaq. Bu arada, diqqətinizə çatdıraq ki, Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa Qarşı Mübarizə Qərargahı yaradılıb. Sualı olan şəxslər 24 saat aktiv olan 022 256 15 04 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərlər.
Fərid Mehdiyev