Koronavirus infeksiyasının yayıldığı bu dövrdə maksimum diqqətli olmalıyıq

2020-03-28 14:07

Və son olaraq koronavirus infeksiyasının yayıldığı bu dövrdə maksimum diqqətli olmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməliyik. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, xüsusən də yaşlı insanlara evdən çıxmamaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanlarla ünsiyyətdə məsafə saxlamaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur. Unutmayaq ki, sağlamlığımız ən vacib dəyərlərdən biridir, onu qorumaqsa məhz öz əlimizdədir. Zərurət yaranmadığı təqdirdə evdən bayıra çıxmayın. Bu gün səhiyə işçiləri, polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyi eləcədə biz televiziya və radio işçiləri gücləndirilmiş iş rejimində çalışırıq. Biz burdayıq ki,sizə ən son və düzgün məlumatları çatdıraq. Sizdən istəyimiz isə sadəcə evdə qalmağınızdır. Həyat evdədir... .Koronavirusa qarşı mübarizəyə dəstək kampaniyamıza siz də qoşulun, videolarınızı instaqramda həyat evdədir heşteqi ilə paylaşın və ya Kəpəz TV-nin İnstagram səhifəsinin mesaj bölməsinə göndərin, efirimizdə yayımlayaq.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 40
KƏPƏZFM / TOP 40
Dinlə, Hiss et, Arzula!
TOP 40
AZERI TOP 10
KƏPƏZFM / Milli 10-luq
Dinlə, Hiss et, Arzula!
Milli 10-luq