2020-03-24 10:09
Və son olaraq koronavirus infeksiyasının yayıldığı bu dövrdə maksimum diqqətli olmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməliyik. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, xüsusən də yaşlı insanlar evdən çıxmamaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanlarla ünsiyyətdə məsafə saxlamaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur. Unutmayaq ki, sağlamlığımız ən vacib dəyərlərdən biridir, onu qorumaqsa məhz öz əlimizdədir. Həyat evdədir - koronavirusla mübarizəyə dəstək olaq! Yenidən eşidilənədək, salamat qalın.
Fərid Mehdiyev