Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxslərin sayı 7 nəfərə çatıb
2020-02-05 14:00
Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxslərin sayı 7 nəfərə çatıb. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə yaydıqları məlumata görə, Çində təhsil alan 20-28 yaş aralığında olan şəxslər ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar evlərinə buraxılacaqlar.
Ruhəngiz Hacızadə