Koronavirus Çindən başqa 24 ölkədə qeydə alınıb
2020-02-06 14:03
Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusla bağlı fevralın 5-nə olan rəqəmləri açıqlayıb. Belçikada ilk yeni koronavirus xəstəliyinə yoluxma halı qeydə alınıb. Dünya üzrə təsdiqlənən yoluxma hallarının sayı 24 min 554 təşkil edir. Təşkilat Çində virusun risk qiymətləndirilməsini çox yüksək, regional və qlobal səviyyədə yüksək hesab edir.
Ruhəngiz Hacızadə