Konsulluqda Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib
2021-11-10 12:10
Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 83-cü anım günü Türkiyənin Gəncədəki Baş Konsuluğunda qeyd olunub. Baş konsul Zeki Öztürk Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir" deyimini xatırladaraq iki ölkə arasında sıx əlaqələrin mövcudluğuna diqqət çəkib. Anım tədbirində Atatürklə bağlı videoçarxlar izlənilib, şeirlər dinlənilib.
Vüsalə camal