Konqo prezidenti: “Azərbaycanın zəngin təcrübəsindən yararlana bilərik”
Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşdə Konqo Prezidenti Deni Sassu-Nqesso bildirib ki, ölkəsinin çox böyük kənd təsərrüfatı potensialı var. "Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik", - deyə ali qonaq vurğulayıb. Konqo prezidenti bərpaolunan enerji sahəsində də ölkəsinin böyük potensialının olduğunu və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlana biləcəklərini əlavə edib.
Fərid Mehdiyev