Konfrans Liqasında püşkatma təkrarlana, "Qarabağ"ın rəqibi dəyişə bilər
2021-12-15 10:09
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatması təkrarlana bilər. Buna tədbir zamanı yanlışlığa yol verilməsi səbəb göstərilir. Reqlamentə əsasən, pley-offda eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməz. Bu səbəbdən “Lester”in rəqibi müəyyənləşərkən oyunları koronavirusa görə təxirə salınan “Tottenhem”lə “Renn” klublarının adlarının yer aldığı şar kənarda saxlanılıb. Nəticədə “Lester”ə Danimarka “Randers”i rəqib olub. Klublar püşkün nəticəsini etibarsız hesab edib apellyasiya şikayəti vermək istəyir. Püşkatma təkrarlansa, “Qarabağ”ın da rəqibi dəyişə bilər.
Fərid Mehdiyev