Komandamız bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb
Əbu-Dabidə bədii gimnastika üzrə 5-ci beynəlxalq yarış keçirilib. Almaniya, Rusiya, Qazaxıstan, Hindistan, Litva, BƏƏ və Sinqapurla yanaşı, Azərbaycan da yarışa qatılıb. Vətənimizi bu yarışda beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcovanın rəhbərlik etdiyi “Sportsbox” klubu təmsil edib. 2010-2016-cı il təvəllüdlü gimnastlardan ibarət komandamız vətənə 11 qızıl, 8 gümüş, 7 bürünc medalla qayıdıb.