Komandaların futbolçuları, məşqçiləri və əməkdaşlarından götürülən koronavirus testlərinin nəticələri açıqlanıb
2020-05-08 16:07
İspaniya La Liqasında və Sequndasında komandaların futbolçuları, məşqçiləri və əməkdaşlarından götürülən koronavirus testlərinin nəticələri açıqlanıb. Analizlərdən sonra ümumilikdə 5 oyunçuda infeksiya aşkarlanıb. Futbolçuların adları açıqlanmasa da, onların üçünün La Liqa, digər ikisinin isə II liqada çıxış etdikləri bildirilib.
Vüsalə Camal