Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə sentyabrın 23-dən 27-dək ixtisas seçimi aparılacaq.Dövlət İmtahan Mərkəzindən bildirilib ki, müsabiqədə iştirak üçün abituriyentin ümumi balı ən azı 50, Azərbaycan və ya rus dili, eləcə də riyaziyyat fənlərinin hər biri üzrə balı ən azı 10 olmalıdır. Xarici dil üzrə bal məhdudiyyəti tətbiq edilmir.Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə isə ümumi balı ən azı 40 olan və qabiliyyət imtahanından “məqbul” alan abituriyentlər iştirak edə bilərlər.
23 sentyabr 2026

