Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.Müsabiqədə iştirak etmək üçün 2863 abituriyent ərizə təqdim edib. Onlardan 976 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.
11 sentyabr 2026

