Kolleclərə qeydiyyat başlayıb

2019-08-08 15:24

Bu gündən orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyatı başlayıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, proses avqustun 23-dək davam edəcək. Abituriyentlər tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bunu həyata keçirməmək müvafiq ixtisasa yerləşdirilməkdən imtina kimi qiymətləndiriləcək və şəxs qəbul olunanlar siyahısından xaric ediləcək.

Vəfa Şairova