Canlı
Kolleclərə qəbul olunanların qeydiyyatı başa çatır

Bu gün 11 illik və 9 illik orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır. Abituriyentlər saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Onların qeydiyyatdan keçməməsi imtina sayılacaq və adları siyahından çıxarılacaq.

Vəfa Şairova