Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla Gürcüstan hökumətləri arasında heç bir gərginliyin olmadığını bildirib. O, Azərbaycan XİN-in Kürmük məbədi ilə bağlı Gürcüstan Patriarxlığının bəyanatına reaksiyasını şərh edərkən deyib ki, iki ölkə arasında dostluq münasibətləri mövcuddur və bütün məsələlər qarşılıqlı dostluq şəraitində müzakirə olunur.
28 sentyabr 2026

