Klublararası dünya çempionatının təxirə salınması ilə bağlı qərar qəbul olunub
2020-03-18 12:07
FİFA 17 iyun - 4 iyul tarixlərində Çində təşkil olunması planlaşdırılan klublararası dünya çempionatının təxirə salınması ilə bağlı qərar qəbul edib. Bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, turnirin yeni tarixi hələlik məlum deyil. Klublararası dünya çempionatının son qalibi "Liverpul" olub.
Vəfa Şairova