Kişini videosu ilə şantaj edənlər tutulublar
Xırdalanda 3 nəfər, Bakı sakini olan bir kişinin videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1350 manatını alıb. Bu əməli törətməkdə şübhəli bilinən Şabran sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov, Bakı sakinləri, əvvəllər məhkum olunmuş Xankərəm Umudov və Kənan Nağıyev saxlanılıblar. Araşdırmalarla onların yaşadıqları evdə bir nəfəri bıçaqla hədələyib mobil telefonunu, 850 manatını, “Instagram”dakı səhifəsini ələ keçirmələri, həmçinin digər bir şəxsi döyərək 500 manatını və qızıl boyunbağısını quldurluq və hədə-qorxu ilə talamaları müəyyən olunub.
Nərgiz Camalzadə