Kişi sevgilisini və onun qızını bıçaqlayıb, yeniyetmə ölüb
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub. Tibbi müdaxilələrə baxmayaraq, yeniyetmə qız ölüb. Əməli törətməkdə şübhəli bilinən, qadının qeyri-rəsmi münasibətdə olduğu, 1981-ci il təvəllüdlü Zaur Babayev saxlanılıb. Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb.
Nərgiz Camalzadə