Kiyevdən Gəncəyə uçuşlar həyata keçirməyi planlaşdırır
2021-02-04 12:09
Ukraynanın “Bees Airline” aşağı büdcəli aviaşirkəti 2022-ci ilin yayından Kiyevdən Gəncəyə uçuşlar həyata keçirməyi planlaşdırır. Şirkət Kiyevdən Gəncəyə həftədə iki dəfəyədək müntəzəm uçuşlar həyata keçirmək hüququ alıb. Kiyev-Gəncə marşrutu “Bees Airline” şəbəkəsində Azərbaycana ikinci reys olacaq. Aviaşirkət artıq Gəncəyə Odessadan uçuşlar həyata keçirir və Kiyevdən uçuşlar başlayandan sonra bu marşrutu da saxlamaq niyyətindədir.
Nərgiz camal