"Kiyev vilayətində 760-dan çox dinc sakin öldürülüb"
2021-04-14 10:02
"Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən 760-dan çox insanın qətlə yetirilməsi faktı qeydə alınıb". Bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebıtov deyib. "Buçada dinc əhalinin kütləvi şəkildə öldürülməsi Ukrayna xalqının soyqırımıdır", - Nebıtov bildirib. Buça şəhərinin meri Anatoli Fedoruk 403 yerli sakinin Rusiya hərbçiləri tərəfindən öldürüldüyünü açıqlayıb.
Nərgiz camal