Kitabxanalarda çalışan əməkdaşlar attestasiyadan keçiriləcək

Mədəniyyət naziri Adil Kərimli Milli Məclisdə kitabxana sisteminin vəziyyəti ilə bağlı çıxışında bildirib ki, kitabxana sahəsində peşəkar kadrlar çalışır, lakin bəzi yerlərdə sahəyə uyğun olmayan şəxslərin fəaliyyəti də mövcuddur. O, ucqar bölgələrdə çalışan kitabxanaçıların əməyini yüksək qiymətləndirdiklərini vurğulayıb.Əsas hədəf yalnız ali təhsilli və peşəkar şəxslərin sistemə cəlb olunmasıdır. Nazir əlavə edib ki, bu ildən təxminən 1 000 İT mütəxəssisin attestasiyası aparılacaq, növbəti il bütövlükdə kitabxanaçı funksiyasında olan və kitabxanada müəyyən vəzifələr daşıyan şəxslərin attestasiyası olacaq. Nəticələrə uyğun olaraq kadr siyasətində dəyişikliklər ediləcək.Azərbaycanda nəşr olunan kitabların 60 faizdən çoxu Milli Kitabxanaya təqdim edilmir. Bunu isə Milli Kitabxananın direktoru Kərim Tahirov deyib. Onun sözlərinə görə, qanunvericilik nəşriyyatların çap etdikləri kitabların 27 nüsxəsini məcburi qaydada kitabxanalara təqdim etməsini nəzərdə tutur. Lakin kitabların qiymətinin artması bu tələbin yerinə yetirilməsini çətinləşdirir. Kərim Tahirov bildirib ki, kitabxana sisteminin optimallaşdırılması, infrastrukturun yenilənməsi, internet təminatının yaxşılaşdırılması və peşəkar kadrların cəlb olunması əsas prioritetlər sırasındadır.Mədəniyyət nazirinin müavini Fərid Cəfərov isə kitabxanaların təxminən 80 %-nin internetə çıxışı olmadığını deyib.

10 iyun 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik