Canlı
Kiprin “Apoel” voleybol klubunun heyəti açıqlanıb

Kiprin “Apoel” voleybol klubunun heyəti açıqlanıb. “Çelenc Cup”ın II təsnifat mərhələsində Azərbaycan çempionu “Lokomotiv”in rəqibi olan Nikosiya təmsilçisi avrokubok üçün 13 voleybolçu sifariş edib. Yovan Melkasın çalışdırdığı komandada 3 legioner yer alıb. Tərəflər arasında ilk görüş noyabrın 21-də Bakıda olacaq.

Fərid Mehdizadə