Killian Mörfi “Qızıl Qlobus”a layiq görülüb
İrlandiyalı aktyor Killian Mörfi “Oppenheymer” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında “Qızıl Qlobus”a layiq görülüb. Amerikalı aktyor Robert Dauni isə “Oppenheymer” filmində ikinci planda ən yaxşı aktyor nominasiyasında “Qızıl Qlobus” mükafatını qazanıb. Kristofer Nolanın “Oppenheymer” bioqrafik trilleri ilk dəfə ötən ilin iyulun 21-də yayımlanıb. Əsər atom bombasının yaradıcısı, ABŞ-dən olan fizik Robert Oppenheymerin həyatından bəhs edir.
Fərid Mehdiyev